23 noyabr tarixində, Amerika fond bazarında Dow Jones indeksi 0,31% – 19 083,18 bəndədək, S&P 500 0,08% – 2 204,72 bəndədək artıb, NASDAQ 0,11% – 5 380,68 bəndədək düşüb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,03% – 6 817,71 bənd, Almaniya DAX-ı 0,48% – 10 664,44 bəndədək, Fransa CAC-40-ı isə 0,42% – 4 529,21 bəndədək azalıb.
COMEX hərracında qızılın unsiyası 3,90 dollar ucuzlaşaraq 1 185 dollara, gümüş isə 0,09 dollar azalaraq 16,40 dollara təklif edilir.