7 C
Baku
Thursday, December 12, 2024

Qızıl ABŞ-da inflyasiya gözləntiləri fonunda bahalaşır

Cümə axşamı səhər saatlarında qızılın qiyməti tədricən güclənməyə davam edir, metalın qiyməti artıq bir unsiya üçün 1 730 ABŞ dolları səviyyəsinə yüksəlib, treyderlər inflyasiya və ABŞ iqtisadiyyatına dəstək perspektivlərini qiymətləndirirlər.

“Prime” xəbər verir ki, Bakı vaxtı ilə səhər saat 09:15-ə olan məlumata görə, Nyu-Yorkdakı “Comex” birjasında qızılın aprel fyuçerslərinin qiyməti 0,5% və ya 8,65 ABŞ dolları artaraq 1 troy unsiyası üçün 1 730,45 ABŞ dollarına yüksəlib. Gümüşün may fyuçersləri isə 0,93% bahalaşaraq bir unsiya üçün 26,372 ABŞ dolları təşkil edib.

Qızıl kotirovkalarına inflyasiya proqnozları və ABŞ iqtisadiyyatına dəstək fonunda dollar üzrə gözləntilər təsir edir. Son üç ticarət sessiyasında dollar bir qədər ucuzlaşıb və bu da qiymətli metalın qiymətini dəstəkləyir. Zəif dollar qızılı başqa valyutaya sahib olan investorlar üçün daha əlçatan edir.

Treyderlər iqtisadi göstəricilərin bərpasının, o cümlədən inflyasiyanın tənzimləyicilər tərəfindən iqtisadiyyata dəstək tədbirlərinin tədricən azaldılması üçün siqnal ola biləcəyindən çəkinirlər. Eyni zamanda, daha əvvəllər Nümayəndələr Palatası 1,9 trilyon dollarlıq dəstək paketinin yenilənmiş versiyasını qəbul edərək imzalanması üçün ABŞ Prezidenti Cozef Bayden göndərib.

Ümumiyyətlə, qızıl son zamanlarda riskli əhval-ruhiyyədən çox dollara qarşı daha həssasdır, hərçənd ənənəvi olaraq qızıl daha etibarlı aktiv sayılır. Eyni zamanda, pandemiya ətrafında davam edən qeyri-müəyyənlik qızılın qiymətini mövcud səviyyələrdə dəstəkləməyə davam edir: koronavirusla bağlı ilk xəbərlərdən öncə qızıl təxminən 1550-1600 ABŞ dollarına başa gəlirdi, keçən yay isə qiymət 2 000 ABŞ dolları səviyyəsinə yüksəlmişdi.

Bazarlar həmçinin dünyanın əsas mərkəzi banklarının iclaslarını gözləyir. Bu gün Avropa Mərkəzi Bankının növbəti iclası keçiriləcək, gələn həftə isə ABŞ Federal Ehtiyat Sistemi, Böyük Britaniya Bankı və Yaponiya Bankının iclasları baş tutacaq.

Son xəbərlər
Digər xəbərlər