13 C
Baku
Sunday, November 24, 2024

Qızıl cüzi bahalaşdı

Qızılın qiyməti bir qədər yüksələrək bir unsiyası 1 980 ABŞ dollarını ötüb.

Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,4 % və ya 7,8 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 981,3 ABŞ dollara satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,05 % artaraq 1 unsiyası 22,473 ABŞ dolları təşkil edib.

Bank sektoru ilə bağlı naharatlıqların səbəb olduğu volatilllik ötən həftə qızılın qiymətinə dəstək verib. Martın əvvəlində ABŞ-da bir neçə bankın bağlanması ölkənin bank sektoruna təsirsiz ötüşməyib. Daha sonra səhm satışı Avropa regionuna, xüsusilə “Credit Suisse” bankına təsir göstərib.

Son xəbərlər
Digər xəbərlər