16 C
Baku
Thursday, October 30, 2025

Qızıl ehtiyat məqsədilə alınır, zərgərlik tələbi isə azalır – WGC

Qlobal qızıl tələbi 2025-ci ilin üçüncü rübündə illik müqayisədə 3% artaraq 1 313 ton təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Ümumidünya Qızıl Şurası (WGC) məlumat yayıb.

WGC bildirir kiç, bu, müşahidə tarixində ən yüksək rüblük göstəricidir. Dəyər baxımından artım daha kəskin olub — qızıl tələbinin ümumi həcmi illik müqayisədə 44% yüksələrək rekord 146 milyard ABŞ dollarına çatıb.

İlin ilk doqquz ayı üzrə qızıl tələbi ötən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 3 717 tona, dəyər ifadəsində isə 41% artımla 384 milyard dollara bərabər olub.

Üçüncü rübdə bazarın əsas hərəkətverici qüvvəsi investorlar olublar. Qızıl ETF-lərinə 222 tonluq iri həcmdə vəsait axını və ardıcıl dördüncü rüb 300 tonu keçən fiziki qızıl (külçə və sikkə) tələbi — bu dəfə 316 ton — ümumi artımı dəstəkləyib.

Mərkəzi bankların qızıl alışları da yüksək səviyyədə qalmaqda davam edib – 220 tonla əvvəlki rübdən 28% çox. Bununla belə, ilin əvvəlindən bəri 634 tonluq alış ötən ilin eyni dövründəki 724 tonla müqayisədə bir qədər zəif tempdə gedir.

Zərgərlik məqsədli qızıl istehlakı ardıcıl altıncı dəfə illik müqayisədə ikirəqəmli azalma göstərib və 371 tona düşüb. Yüksək qiymətlər tələbi məhdudlaşdırsa da, dəyər baxımından zərgərlik bazarı 13% artaraq 41 milyard dollara çatıb.

Texnoloji sektorun qızıl tələbi ötən ilin eyni dövrü ilə müqayisədə cüzi zəifləyib. Süni intellekt texnologiyalarına artan maraq dəstək versə də, ABŞ-ın tarif siyasəti və bahalaşan qızıl qiymətləri təzyiq yaradıb.

Hesabat dövründə London Metal Birjasında (LBMA) qızılın qiyməti rübdə 13 dəfə tarixi maksimuma çatıb. Qızılın orta rüblük qiyməti 3 456,5 dollar/unsiya səviyyəsində formalaşıb — bu, illik müqayisədə 40%, rüblük müqayisədə isə 5% artımdır.

32423423

Qızıl təklifi də 3% artaraq 1 313 tonla yeni rekord müəyyən edib. Mədən hasilatı mövsümi artım fonunda 2% yüksələrək 977 ton olub. Geri dönən (təkrar emal olunan) qızılın həcmi 344 tonla sabit qalıb, illik müqayisədə 6% artım, rüblük müqayisədə isə 1% azalma müşahidə edilib.

Birjada kənar əməliyyatlar üzrə əlavə 55 tonluq investisiya tələbi qeydə alınıb. Bu göstərici əsasən sentyabr ayında institusional və yüksək gəlirli investorların davamlı marağını əks etdirir.

Son xəbərlər
Digər xəbərlər