15 C
Baku
Saturday, April 20, 2024

Qızıl ehtiyatına görə ölkələrin Top 10-luğu

2018-ci ildə mərkəzi banklar tərəfindən alınan qızılın həcmi, son 50 il ərzində rekord səviyyəyə çatmışdır.

Bu tendensiya cari ildə də davam edir.

Beynəlxalq Valyuta Fondunun və Ümumdünya qızıl şurasının verdiyi məlumata görə, qızıl ehtiyatına görə dünya üzrə aşağıdakı ölkələr seçilirlər:

10. Hindistan

1 6Rəsmi qızıl ehtiyatı: 608,7 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 6,4%

Qlobal iqtisadiyyatın yavaşaması səbəbiylə, inkişaf etməkdə olan bazarlar qızıl ehtiyatlarını artırmağa meyl edirlər.

Hindistanın qızıl-valyuta ehtiyatları ötən ilin avqust ayından başlayaraq artmaqdadır.

9. Niderland

2 7Rəsmi qızıl ehtiyatı: 612,5 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 65,9%

Son illərdə Hollandiya, qızıl ehtiyatlarının ölkə ərazisinə qaytarılması üzərində çalışır.

Mərkəzi Bankın 2014-cü ildə qeyd etdiyi kimi, bu, “cəmiyyətin etimadına müsbət təsir göstərəcəkdir”.

8.Yaponiya

3 6Rəsmi qızıl ehtiyatı: 765,2 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 2,5%

Son 15 il ərzində Yaponiyanın qızıl ehtiyatları artaraq, rekord səviyyəyə çatmışdır. Beynəlxalq Valyuta Fondunun verdiyi məlumata görə, ölkənin qızıl-valyuta ehtiyatlarında payı 2,5%-ə çatıb.

7. İsveç

4 5Rəsmi qızıl ehtiyatı: 1 040 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 5,5%

8,4 milyon əhalisi olan İsveçrə, adambaşına qızıl ehtiyatları baxımından ən böyük ölkə hesab olunur.

6. Çin

5 5Rəsmi qızıl ehtiyatı: 1 874,3 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 2,5%

Çin iqtisadi artımın yavaşlatılmasının təsirini azaltmaq üçün stimullaşdırıcı tədbirlər tətbiq edərkən, ölkənin Mərkəzi Bankı qızıl ehtiyatlarını tədricən artırır.

Qızıl ehtiyatlarının həcmi artıq dörd aydır artır.

5. Rusiya

6 4Rəsmi qızıl ehtiyatı: 2 150,5 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 19,1%

Rusiya da qızıl ehtiyatını tədricən artırır. Bloomberg-in verdiyi məlumata görə, ölkənin qızıl ehtiyatları son on ildə dörd qat artıb.

4. Fransa

7 4Rəsmi qızıl ehtiyatı: 2 436 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 61,1%

Ötən il, KİV məlumatlarına görə, Fransa Bankı qızıl ehtiyatlarının keyfiyyətini artırmaq məqsədilə tədbirlərə başladı.

Bu addım beynəlxalq bazarda ticarətin dəstəklənməsinə yönəldilmişdir.

3. İtaliya

8 2Rəsmi qızıl ehtiyatı: 2451,8 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 66,9%

İtaliyada populistik hərəkatların populyarlığı artdıqca, ekspertlər ölkənin qızıl ehtiyatlarının qeyri-müəyyənliklə üzləşəcəyindən qorxurlar.

Belə ki, bu yaxınlarda Romada qızıl ehtiyatlarının ictimaiyyətə həvalə edilməsi ideyası təklif edilmişdir.

2. Almaniya

9 germanyRəsmi qızıl ehtiyatı: 3 369,7 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 70,6%

2017-ci ildə ölkə milyardlarla dollar dəyərində qızıl ehtiyatını geri qaytarıb.

Avropa bankları bu addımı ictimaiyyətin etimadını yüksəltmək məqsədi ilə əlaqələndirirlər.  

2017-ci ilə qədər Almaniyanın qızıl ehtiyatının bir hissəsi Paris və Nyu-York şəhərlərində saxlanılırdı.

1. ABŞ

10 golddRəsmi qızıl ehtiyatı: 8 133,5 ton

Qızıl-valyuta ehtiyatlarında payı: 74,9%

ABŞ-ın qızıl ehtiyatı digər ölkələrlə müqayisədə (əvvəlki iki ölkənin qızıl ehtiyatlarından demək olar ki, iki dəfə) daha çoxdur.

 

Son xəbərlər
Digər xəbərlər