22 C
Baku
Wednesday, September 3, 2025

Qızıl tarixi maksimum yenilədi, gümüş isə sürətlə bahalaşmaqdadır

Dünya bijalarında qızıl bir unsiya üzrə $3500 səviyyəsini aşaraq rekordunu yeniləyib.

Banker.az (İnvestisiya) xəbər verir ki, bu artım Federal Ehtiyat Sisteminin FED-in faiz dərəcələrinin azaldılması ilə bağlı gözləntilər və ABŞ mərkəzi bankının gələcəyi ilə bağlı narahatlıqlar fonunda baş verib.

İlin əvvəlindən metalın qiyməti 30%-dən çox bahalaşaraq onun “təhlükəsiz liman” statusunu daha da gücləndirib.

Artımı zəif iqtisadiyyat, geosiyasi qeyri-sabitlik və FED-in müstəqilliyinin zəifləməsi təhlükəsi dəstəkləyir. Analitiklər yaxın rüblərdə yeni maksimumların qeydə alınacağını proqnozlaşdırırlar.

Gümüş isə daha sürətlə bahalaşır — ilin əvvəlindən 40%-dən çox artaraq bir unsiyası $40 həddini keçib və 2011-ci ildən bəri ilk dəfə bu səviyyəyə çatıb. Qiymət artımını təklifdə çatışmazlıqtəmiz enerjiyə artan maraq dəstəkləyir.

Hər iki metal həm dolların zəifləməsindən, həm də ETF-lərə investisiya axınından faydalanır.

987654 u32

Son xəbərlər
Digər xəbərlər