28 C
Baku
Saturday, August 9, 2025

Qızılın qiyməti 3450 dolları ötüb

“Comex” birjasında qızılın qiyməti bir troy unsiyası üçün 3450 dolları keçib. İyulun 22-dən bu yana ilk dəfə olaraq dəyərli metal bu qiymət səviyyəsinə çatıb.

Səhər ticarəti zamanı fyuçerslərin qiyməti bir unsiya üçün 3450.9 dollara qalxıb, Bakı vaxtı ilə saat 10:43-də isə qiymət 3456.2 dollara yüksəlib.

Ümumdünya Qızıl Şurasının məlumatına görə, ilin birinci yarısında qızıl qiymətləri 26% artıb, ikinci yarımillik üçün isə daha 5% artım gözlənilir. Ötən ay “Comex” birjasında sentyabr gümüş fyuçersləri 14 illik maksimuma çatıb.

Son xəbərlər
Digər xəbərlər