9 C
Baku
Thursday, December 12, 2024

Qızılın qiyməti 1 unsiya üçün 1 730 dollardan aşağı düşüb

Qızılın dəyəri 1 troy unsiyası üçün 1 730 ABŞ dollarından aşağı düşərək, il ərzində minimum həddə çatıb, dolların əsas dünya valyutaları qarşısında bahalaşması qiymətli metalın kotirovkalarının artmasının qarşısını alır.

Belə ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 4,4 dollar və ya 0,25% ucuzlaşaraq 1 727,3 ABŞ dolları olub. Bundan əvvəl isə hərracın gedişində göstərici 2021-ci ilin avqustundan bəri ən aşağı səviyyə olan 1 721,65 dollarına düşüb. Gümüşün sentyabr fyuçersləri 0,93% ucuzlaşaraq bir unsiya üçün 18,955 ABŞ dolları olub.

Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,38% artaraq 108,43 bənd təşkil edib. Bu göstərici 2002-ci ilin oktyabr ayından bəri ilk dəfə psixoloji hədd olan 108 bəndi üstələyib. ABŞ valyutasının möhkəmlənməsi qızılı başqa valyutada almaq imkanını azaldır.

Son xəbərlər
Digər xəbərlər