6 C
Baku
Monday, December 16, 2024

Qızılın qiyməti bahalaşır, dollar ucuzlaşır

Qızılın qiymətləri ABŞ dollarının zəifləməsi və xəzinədarlıq gəlirlərinin dəstəyi ilə yüksəlib. Buna səbəb isə investorların son iqtisadi indiqatorları nəzərə alaraq ABŞ Federal Ehtiyat Sistemindən daha yumşaq siqnallarla bağlı gözləntilərdir.

Banker.az xəbər verir ki, qızılın spot qiyməti sessiya başlayandan 0.7% artaraq bir unsiya üçün $1 991.69 olub. ABŞ-ın qızıl fyuçersləri 0.6% artaraq $1 993.50 olub.

Dollar və ABŞ istiqrazlarının gəlirliliyi aşağı düşməkdə davam edir. Ekspertlərin fikrincə mərkəzi banklardan tələb də kifayət qədər güclüdür. Bütün bunlar qızıl üçün yüksəlişdir.

İnvestorlar gələn il ABŞ faiz dərəcələrinin aşağı düşəcəyini gözlədikləri üçün dollar son 3 ayın ən aşağı səviyyəsinə düşüb. Daha zəif dollar qızılı digər valyuta sahibləri üçün daha ucuz edir. Bençmark hesab edilən ABŞ-ın 10 illik xəzinədarlığının gəlirləri keçən həftə toxunan iki aylıq minimuma yaxın olub.

FED-in son iclasının protokolları Bakı vaxtı ilə 23.00-da olmalıdır. ABŞ-da inflyasiyanın yavaşlaması əlamətləri ABŞ mərkəzi bankının faiz dərəcələrini artırdığına dair gözləntiləri artırıb.

CME-nin “FedWatch”ın göstəricisinə görə, bazarlar FED-in dekabr iclasında faiz dərəcələrini dəyişməz saxlayacağını və hazırda may ayına qədər ən azı 25 baza bəndi endirmə ehtimalının 50%-dən çox olan qiymətləri gözləyir.

Aşağı faiz dərəcələri qızılı saxlamağın fürsət dəyərini azaldır.

Spot gümüş 1.6% artaraq 23.74 dollar/unsiya, platin 0.4% artaraq 922.1 dollar, palladium isə 0.3% ucuzlaşaraq 1 074.44 dollar olub

Son xəbərlər
Digər xəbərlər