12 C
Baku
Saturday, November 23, 2024

Qızılın qiyməti maksimuma çatıb

“Comex” birjasında keçirilən ticarət sessiyasında qızılın qiyməti 1 troy unsiyası üçün 1915.7 dollara çatıb.

Banker.az xəbər verir ki, bu, 1 iyun 2021-ci ildən bəri maksimum göstərici olub.

Qiymətin pik nöqtəsi Bakı vaxtı ilə təxminən 11:30-da qeydə alınıb, artım 0.84% təşkil edib. Bakı vaxtı ilə saat 12:50-də qiymət 1905.4 dollar (+0.29%) olub.

Qeyd edək ki, ən etibarlı aktivlərdən biri hesab edilən qızılın qiymətinin artması geosiyasi gərginlik və Rusiya fond bazarının düşməsi ilə bağlı ola bilər.

Son xəbərlər
Digər xəbərlər