Qleyzer ailəsi Böyük Britaniyanın Mançester Yunayted klubu üçün “strateji alternativləri araşdırmaq prosesinə başladığını” açıqladı və bu, potensial olaraq kluba 17 illik sahibliyinə son qoyacaq.
Banker.az xəbər verir ki, bu Cristiano Ronaldonun qarşılıqlı razılıq əsasında “Old Trafford”dan ayrıldığı təsdiqləndiyi gün, Çərşənbə axşamı gecəsi M.Y.-dən verilən açıqlama, potensial satışa səbəb ola biləcək yeni investisiyaların müəyyən edilməsi planlarını ortaya qoyub.
Klub, amerikalı sahiblərinin rəhbərlik etdiyi prosesdə “kluba yeni investisiya, satış və ya şirkətlə əlaqəli digər əməliyyatlar daxil olmaqla” bir sıra variantları nəzərdən keçirəcəyini deyilir.
Klubun baş icraçı direktoru hazırda 62 yaşlı amerikalı iş adamı Avram Qleyzerdi.
Preymer Liqa klubu ən son £3.75 milyard (funt sterlinq) dəyərində qiymətləndirilmişdi, lakin ABŞ-lı iş adamı Todd Boehlinin rəhbərlik etdiyi konsorsiumun may ayında “Çelsi” futbol klubu üçün £4.25 milyard ödədiyini nəzərə alsaq, daha çox qazanacağını gözləyirdi.
Qleyzer ailəsi bir sıra maraqlı iddiaçıları cəlb etməyi gözləyə bilər ki, bu da klubun dəyərinin artmasına gətirib çıxaracaq.
“Sky News” bildirib ki, Klubun səhmlərinin qiyməti ailənin onu satmağı düşündüyü barədə xəbərlərin ardından dərhal 17% artıb və klubun bazar kapitallaşmasına təxminən 400 milyon dollar (335 milyon funt sterlinq) əlavə edib.