30 C
Baku
Sunday, August 10, 2025

Qlobal avtomobil istehsalçıları ABŞ-nin tarifləri səbəbindən $12 milyard itiriblər

Dünyanın ən böyük avtomobil istehsalçıları ABŞ-nin ticarət tarifləri səbəbindən təxminən 12 milyard dollar itiriblər ki, bu, COVID-19 pandemiyasından bəri sənayeyə ən böyük ziyandır, “The Wall Street Journal” (WSJ) yazır.

Nəşrin hesablamalarına görə, sənaye nəhəngləri “Toyota”, “Volkswagen”, “Ford” və başqaları da daxil olmaqla 14 qlobal avtomobil istehsalçısı təxminən 11.8 milyard dollar itirib.

WSJ-in proqnozlarına görə, bir çox istehsalçılar gələcəkdə də pul itirməkdə davam edəcəklər: Çin şirkətləri istisna olmaqla, 10 ən böyük avtomobil istehsalçısının xalis mənfəəti ilin sonuna qədər təxminən dörddə bir qədər düşə bilər.

Qəzetin qeyd etdiyi kimi, avtomobil istehsalçıları əlavə maliyyə itkilərinin qarşısını almaq üçün məhsullarının qiymətini qaldıra və istehsalı ABŞ-yə köçürə bilər, lakin bu proses illər çəkə bilər.

Son xəbərlər
Digər xəbərlər