5 C
Baku
Saturday, December 14, 2024

Qlobal banklar FED-in faiz dərəcəsinin artımı ilə bağlı proqnozlarını yüksəldib

Dünyanın əsas transmilli investisiya bankları Federal Ehtiyatlar Sisteminin (FED) federal kredit vəsaitləri üzrə faiz dərəcəsini daha kəskin artıracağını düşünür və proqnozlarını bu istiqamətdə yüksəldiblər.

ABŞ-da yanvarda inflyasiyanın 40 illik maksimuma çatması FED-in martın 15-16-da baş tutacağı iclasda faiz dərəcəsini 50 baza bəndi (0,5%) artıracağı barəsində gözləntiləri gücləndirib.

İnvestisiya banklarının proqnozlarına gəldikdə, “JPMorgan” bundan əvvəl FED-in faiz dərəcəsini beş dəfə hərəsində 25 baza bəndi qaldıracağını güman etsə də, hazırda investisiya bankı öz proqnozunu 7 dəfəyədək yüksəldib və il ərzində faiz dərəcəsinin 175 baza bəndi yüksəldilməsini gözləyir. “Morgan Stanley” öz gözləntilərini 125 baza bəndindən 150 baza bəndinə, “Goldman Sachs” isə 125 baza bəndindən 175 baza bəndinə qədər artırıb.

“Bank of America Corporation” da FED-in bu il nəzərdə tutulan yeddi iclasında faiz dərəcəsinin 175 baza bəndi (hər iclasda 25 baza bəndi artırmaq şərti ilə) artıracağını güman edir.

Qeyd edək ki, hazırda FED-in federal kredit vəsaitləri üzrə faiz dərəcəsi illik 0-0,25% səviyyəsindədir. Bu il FED-in yeddi iclası nəzərdə tutulub.

 

 

Son xəbərlər
Digər xəbərlər