Bu ilin I yarısında qlobal borc 7,5 trilyon ABŞ dolları artaraq yeni rekord həddə – 250,9 trilyon dollara çatıb. İlin sonuna qədər bu rəqəmin 255 trilyon dollar olacağı gözlənilir.
Bu barədə Beynəlxalq Maliyyə İnsitututu (The Institute of International Finance – IIF) məlumat yayıb.
Məlumata görə, yarım illik artımın 60%-dən çox ABŞ və Çinin payına düşüb.
Hazırda qlobal borc dünya üzrə ümumi daxili məhsulun dəyərindən 3,2 dəfə çoxdur.
©Report