“Kömür tələbatın azalacağı yeganə əsas yanacaq növü olacaq və 2045-ci il üçün onun qlobal gündəlik istehlakı 2022-ci il səviyyəsindən 21.5 mln. barel neft ekvivalenti azalaraq 54.4 mln. barelə enəcək”.
Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “World Oil Outlook 2045” illik hesabatında bildirilir.
Sənədə əsasən, hesabat dövründə onun enerji balansında payı 26.1%-dən 15.1%-ə qədər azalacaq.
OPEC-in hesablamalarına görə, enerji balansında kömürün payının azalmasının əsas səbəbləri – qlobal enerji siyasəti və iqlim öhdəlikləri, qaz, nüvə və bərpa olunan enerji kimi alternativ enerji mənbələrinin əlçatanlığının artımı.