2016-cı ildə qlobal istiqraz bazarında emissiyaların ümumi həcmi 6,62 trln. ABŞ dollarına çataraq tarixi rekordu yeniləyib. “Report”un “Financial Times”a istinadən verdiyi xəbərə görə, bu barədə İngiltərənin “Dealogic” maliyyə xidmətləri şirkəti məlumat yayıb.
Hesabata əsasən, şirkətlər 2015-ci illə müqayisədə istiqraz satışını 8% və ya 270 mln. dollar artıraraq 3,6 trln. dollara çatdırıb. Qalanı isə sindikat şəklində yerləşdirilən müstəqil istiqrazlar (550 mlrd. dollar), ABŞ istiqrazları (540 mlrd. dollar), beynəlxalq agentliklərin istiqrazları (430 mlrd. dollar), ipoteka qiymətli kağızları ilə təmin olunmuş istiqrazlar(490 mlrd. dollar) və s. olub.
ABŞ-ın “Pimco” investisiya şirkətinin analitiki Skot Mazer (Scott Mather) hesab edir ki, aşağı faiz dərəcələri və borclanma prosesinin maya dəyərinin ucuz olması müəssisələri borclarını artırmağa sövq edir.