10 C
Baku
Thursday, December 12, 2024

Qlobal maliyyə bazarında 12 milyard dollarlıq satınalma

ABŞ-ın “PNC Financial Services Group” şirkəti İspaniyanın transmilli maliyyə xidmətləri şirkəti “Banco Bilbao Vizcaya Argentaria”nı (BBVA) 11,6 milyard dollara satın alır.

Məlumata görə, ABŞ şirkəti İspaniyadan olan rəqibini almaq üçün 6 ay əvvəl dünyanın investisiyaların idarə edilməsi üzrə ən böyük şirkəti – “BlackRock”dakı 22,4%-lik səhm paketini 14,2 milyard dollar satıb. BBVA-nin satışa çıxarılmasına isə onun səhmlərinin dəyərinin bu ilin əvvəlindəm 36% ucuzlaşmasından sonra qərar verilib.

İspaniya şirkərtinin ABŞ-da 640 filialı var. Bunun yarısı Texas, 170-i Arizona, Kaliforniya və Florida ştatlarında yerləşir. PNC bu satınalma ilə 4 ştatda fəaliyyətini genişləndirmək imkanı əldə edəcək.

Son xəbərlər
Digər xəbərlər