Qlobal maliyyə bazarlarında riskə meylllilik ən yüksək həddə çatıb. “Rambler News Service”ə istinadən, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin “Sberbank”ın Korporativ Universitetində “Vneşekonombank”ın regional menecerləri ilə görüşü zamanı açıqlama verib.
“Növbəti ilə dövlətin maliyyə siyasəti qlobal maliyyə bazarlarında pisləşmə proqnozları əsasında tərtib edilir. Çünki, əgər müxtəlif risk göstəricilərinə baxsaq görərik ki, qlobal iqtisadiyyatda və maliyyə bazarlarında riskə meyllilik maksimal həddə yüksəlib”, – deyə nazir bildirib.
M.Oreşkin xüsusilə də FED-in balansını azaltması və uçot dərəcəsini artırması fonunda qlobal maliyyə bazarlarında volatillik riskinin artacağını qeyd edib.