10 C
Baku
Wednesday, December 11, 2024

Qlobal neft bazarında ciddi dəyişikliklər gözlənilir

Qlobal neft bazarında tezliklə ciddi dəyişikliklər baş verə bilər. “Vestifinance.ru” saytına istinadən, yaxın zamanlarda Şanxay birjasında nominalı yuan pul vahidində olan, lakin istənilən vaxt qızıla konvertasiya edilə bilən neft fyuçers kontraktlarının tədavülü başlayacaq. Çinin dünyada ən iri neft idxalçısı olduğunu nəzərə alsaq, bu kontrakt neft treyderləri üçün yeni etalon təşkil edə bilər. Bununla yanaşı, etalonun bu dəfə ABŞ və ya Avropada deyil, Asiyada formalaşacağı xüsusi önəm daşıyır.

Bu kontraktlarla istənilən ölkə Çinə neft satdıqda yuanı qızıla çevirə biləcək və öz vəsaitlərini yuanda saxlamaq və ya dollara çevirmək kimi öhdəliyi olmayacaq.

Qeyd edək ki, “Shanghai International Energy Exchange” birjası iyun-iyul aylarında zəruri hazırlıq işləri həyata keçirib, testlər aparıb və hazırda potensial iştirakçıları əməliyyatlara hazırlamaqla məşğuldur. Xatırladaq ki, bu, xarici investorlara Çində əməliyyat etməyə icazə verilən ilk analoji kontraktlar olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər