9 C
Baku
Thursday, December 12, 2024

Qlobal neft talabatının artım tempinin yavaşlayacağı proqnozlaşdırılır

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü ildə ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.

Agentliyin aylıq hesabatına istinadən, cari ildə gündelik qlobal tələbat 2 mln. barel artaraq, 102 mln. barel təşkil edəcək.

Hesabata əsasən, artımın əsas deayverləri aviasiya sənayesi və Çinin ckoronavirus məhdudiyyətlərinin yumşaldılmasından sonra bərpası olacaq. Bu səbəblər il ərzində orta hesabla gündəlik qlobal tələb artımının 1.2 mln. barelini, yəni 57%-ni təşkil edəcək.

Agentliyin proqnozuna görə, birinci rübdə tələb artımı 710 min barel təşkil edəcək, ilin sonunda isə dördüncü rübdə bu, 2.6 milyon barelə yüksələcəq.

Qeyd olunur ki, ötən il qlobal neft tələbatının orta illik artımı 2.6 mln. barel təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər