8 C
Baku
Friday, December 13, 2024

Qlobal qaz hasilatının bu il 3%-dək artacağı proqnozlaşdırılır

Cari ildə qlobal qaz hasilatı əvvəlki illə müqayisədə 2.8% artaraq 4.162 trilyon kubmetrə çata bilər. Artımın əhəmiyyətli hissəsi MDB ölkələrinin payına düşəcək.

Bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir.

Hesabata əsasən, Şimali Amerikada hasilat 1.305 trilyon kubmetrə (2% artım), Yaxın Şərqdə isə 732 milyard kubmetrə (3.3% artın) çata bilər.

Eyni zamanda, MDB ölkələrində 2024-cü ildə qaz hasilatı 817 milyard kubmetr təşkil edə bilər (4%-dən çox artım), bu da əvvəlki iki ildən çox, lakin 2021-ci ilin səviyyəsindən (910 milyard kubmetr) isə azdır

Asiya-Sakit okean regionunda qaz hasilatı 2%, Afrikada 4.8%, Latın Amerikasında 0.6% arta bilər. Avropada da 2.8%-lik artım mümkündür (220 milyard kubmetr).

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər