2 C
Baku
Saturday, December 14, 2024

Qonşu Rusiyada daha 2 bank bağlandı

Rusiya Mərkəzi Bankı (RMB) daha 2 kommersiya bankının lisenziyasını ləğv edib. Rusiya mətbuatına istinadən xəbərə görə, söhbət Pyatiqorsk vilayətindəki “QRiS-bank”dan və Buryatiya vilayətindəki “Baykalbank”dan gedir.

RMB bankların bağlanmasının səbəblərinə aydınlıq gətirib. Qurumun açıqlamasına görə, “QRiS-bank” bank fəaliyyətini tənzimləyən federal qanunlara və normativ aktlara əməl etməyib, pul vəsaitlərini aşağıkeyfiyyətli aktivlərdə yerləşdirib və mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaratmayıb. Bundan başqa, bank cinayət yolu ilə əldə edilmiş və terrorçuluğu maliyyələşdirmək məqsədi daşıyan pulların leqallaşdırılmasına qarşı lazımi tədbirlər görməməkdə ittiham olunur. “Baykalbank” isə məcmu kapitalı minimum tələbə cavab vermədiyi üçün lisenziyadan məhrum edilib.

Report

Son xəbərlər
Digər xəbərlər