2015-ci ilin I rübündə fiziki şəxslərin cəmi əmanətləri (7 492 mln. manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 65%-ni təşkil etmişdir.
Banker.az Fonda istinadən xəbər verir ki, cari ilin I rübündə fiziki şəxslərin cəmi əmanətləri ümumilikdə 814 mln. manat (12, 2 %) artaraq 7,5 mlrd. manat, qorunan əmanətlər 1 011 mln. manat (33.2 %) artaraq 4,1 mlrd. manat, qorunmayan əmanətlər isə 197 mln. manat (-5.4 %) azalaraq 3,4 mlrd. manat təşkil etmişdir. I rübdə fiziki şəxslərin (7,5 mlrd. manat) cəmi əmanətlərinin 54,1%-ni qorunan əmanətlər, 45,9%-ni isə qorunmayan əmanətlər təşkil etmişdir.
Kompensasiya olunan əmanətlər 21,9 % (369 mln.manat) artaraq 2 054 mln. manat olmuşdur ki, bu da qorunan əmanətlərin 47%-ni təşkil edir. Üzv banklar tərəfindən 6 985 590 əmanətçiyə xidmət göstərilir ki, onların da 6 257 920 nəfəri (89,6%) qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,5 %-nin əmanəti 30 min manata qədər olduğu üçün 100 faiz kompensasiya edilir.
Qorunan əmanətlərin 52% – i ABŞ dollarının, 44% – i manatın, 4% – i avronun payına düşür.
Hazırda Fondun sığorta ehtiyatları 99,0 mln. manat təşkil edir.
Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 %-dir.
Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.