Ağ-qara, kvadrat formalı şifrələr hər hansı məhsulun, qablaşdırmanın üzərindəki adət etdiyimiz ştrix-kodları əvəz edir. Onlar mobil telefonlardakı xüsusi quraşdırılmış KAYWA Reader, Nokia barcode reader, I-Nigma, QuickMark, iMatrix kimi proqramlarla ani olaraq oxunur. QR – “quick response”, yəni “sürətli cavab” mənasını daşıyır.
Ənənəvi ştrix-kodlardan fərqli olaraq, QR məlumat bazasına giriş deyil, məlumatın özünü təqdim edir.
Adi ştrix-kodlar şaquli istiqamətdə təsvir edilir və bu çap səhvi və ya üst hissənin kiçik zədələnməsi zamanı doğru məlumat əldə etməyə imkan verir. Lakin keyfiyyətli poliqrafiya və qablaşdırma ştrix-kodların artıq həcmini gərəksiz edir və həmin hissədə daha artıq məlumat yerləşdirmək imkanı yaradır. Məlumatların düzgünlüyü isə yoxlama məbləğlər ilə yoxlanılır. QR kod isə tək şaquli istiqamətdə deyil, üfuqi vəziyyətdə də, həm də çox sürətlə oxunur. Bunun üçün mobil telefonunuzu QR koda yaxınlaşdırmaq kifayətdir. QR kod 1994-cü ildə yapon “Denso-Wave” şirkəti tərəfindən yaradılıb. Bu kodları bütün məhsulların, elanların, bukletlərin və s.nin üzərində görə bilərsiniz.
Öz QR kodunuzu yaratmaq üçün isə online QR kod generatorundan istifadə etmək olar. Bir QR koda maksimum şəkildə aşağıdakı qədər simvol yerləşdirmək mümkündür: rəqəm – 7089, rəqəm və hərf (latın hərfi) – 4296, ikili kod – 2953 bayt, heroqliflər – 1817.
Yaponiya və Avstriyada bu kodlar vasitəsilə qəbiristanlıqda mərhum haqqında məlumat əldə etmək imkanı yaradır. Kod vasitəsilə mərhumun şəklini, doğum və ölüm tarixini öyrənə bilərsiniz. Bu hələ son deyil. Burada QR kodla mərhumun hələ sağ ikən çəkilmiş video yazılarına da baxa bilərsiniz. İngiltərədə qəbiristanlıqlarda keçirilən zamanların sayı artmaqdadır. Tezliklə parkların, qəbiristanlıqların, kitabxanaların, incəsənət muzeylərinin, kinozalların birləşdiirlməsi kifayət qədər mümkün haldır.