16 C
Baku
Friday, April 19, 2024

Qravür hərracda 612 min dollara satıldı

Albrext Dürerin (1471-1528) “Apokalipsisin dörd atlısı” qravürü Nyu-Yorkda “Christie’s” hərracında 612 min dollara satılıb.

TASS informasiya agentliyinə istinadən, ABŞ-ın Sakit okean sahillərində şəxsi kolleksiyada saxlanılan bu əsər 1497-1498-ci illərdə yaradılıb. Qravür ilkin qiymətləndirmədən, demək olar, iki dəfə baha satılıb.

Həmçinin hərracda Martin Şonqauerin (1445-1491) “Müqəddəs Məryəmin ölümü” əsəri 492 min dollara satılıb. Əsər 1470-1474-cü illərdə yaradılıb. XV əsr naməlum alman rəssamın “Aynzidelnin madonnası” qravürü isə 372 min dollara satılıb.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər