“A-Qroup Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib. Söhbət Orxan Əfəndiyevdən gedir.
O, bundan əvvəl “Azərbaycan Sənaye Sığorta” ASC-nin məsul aktuarisi vəzifəsində çalışıb.
Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 səhm əsasında formalaşıb. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.
Report