5 C
Baku
Saturday, December 14, 2024

QSS Analytics-in rəhbərliyi ilə “DataTalks 2019” tədbiri həyata keçirilib

Azərbaycanın analitika konsultasiya şirkəti olan QSS Analytics-in rəhbərliyi, Markaman, Rabitə Bank, Az-Granata, Aqrar Tətqiqatlar Mərkəzi və “Curie” jurnalının sponsorluğu ilə Bakı Ali Neft Məktəbinin yeni kampusundə 16 iyun tarixində  “DataTalks 2019” tədbiri həyata keçirildi.

 Peşəkar mütəxəssislərin iştirak etdiyi bu tədbirin başlıca məqsədi Data Analitikası sahəsində geniş təcrübəsi olan analitikləri və analitikanı idarəetmə qərarlarında istifadə edən rəhbər şəxsləri dünya praktikası haqqında məlumatlandırmaq və eyni zamanda karyeraya yeni başlamaq istəyən həvəskarları bir araya gətirməkdir.

Tədbir müddətində 5 spikerin çıxışı izlənildi. QSS Analytics-in təsisçisi, Data Analitik Etibar Hüseynli “Azərbaycanda potensial Data Science praktikaları” haqqında məlumat verdi. Azərbaycan Beynəlxalq Bankının Machine Learning komandasının rəhbəri Orxan Bağırlı elektron ödəmələr zamanı baş verə biləcək saxtakarlıqların müəyyən olunması, kredit risklərin modelləşdirilməsi və scoring sistemlərinin qurulması, Machine Learning-in turizmə və maliyyəyə tətbiqi haqqında iştirakçılarla interaktiv təqdimatı reallaşdırıldı. 3-cü spiker, Nar Mobile-ın Analitika üzrə baş mütəxəssisi Coşğun Quluyev, isə müştəri seqmentasiyası, Churn analizi və pərakəndə səbət analizi haqqında qısa məlumat verdi. Digər spikerlər Access Bankda Data Scientist olaraq fəaliyyət göstərən Turqut Abdullayev, R-ın Data Analitika imkanlarından, Azgranatada Analitika şöbəsinin rəhbəri Rövşən Nadirov isə Satış Datalarını vizuallaşdırlması və interaktiv hesabat sistemləri nümunələrini nümayiş elətdirdi.

Eyni zamanda tədbirdə analitikanı dövlət, səhiyyə, və biznes qrumlarında tətbiq edən 16 peşəkar mütəxəssis iştirak edirdi. Tədbirin sonunda mütəxəssislər iştirakçıların suallarını öz təcrübələri əsasında cavablandırdılar.

Mütəxəssislər:

Elçin Rəşidov – World Bank-da Analitika mütəxəssisi

Nicat Hacızadə – İqtisadi islahatların təhlili və Kommunikasiya Mərkəzində Analitika mütəxəssisi

Rasim İmamverdili – Veysəloğlu MMC-də Biznes Analitika Departamentinin direktoru

Rövşən Nadirov – AzGranata MMC-də Data Analitika şöbə rəhbəri

Elnur Mehdi – Nüvə Təbabəti Mərkəzində Radioloq, səhiyyə analitiki

Nihad Mustafazadə – Sumqayıt Texnologiya Parkında strateji idarəetmə və analitika şöbəsinin rəhbəri

Rafael Kərimov – BestComp Group-da Proqramlaşdırma Departamentinin Direktoru

Hilalə Cəfərova – Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasında Statistika üzrə Böyük Elmi İşçi, Dosent

Minurə Hüseynli – Elektron Hökumətin İnkişaf Mərkəzində Data Analitik

Elçin Həsənov – Xəzər Dəniz Gəmiçilik idarəsində HR Analitik

Şəhla Abdulla – QSS Analytics-də Data Science Konsultant

Turqut Abdullayev – AccessBank-da Data Scientist

Əhməd Bədəlov – Veysəloğlu MMC-də BI mütəxəssisi

Vüsal Əhmədov – AzGranata MMC-də Biznes Data Analitik

Tərlan Cəbiyev – Pasha Bank-da Data Scientist

Lalə Rüstəmli – Azərbaycan Beynəlxalq Bankında Data Scientist

d

a

t

l

k

s

Son xəbərlər
Digər xəbərlər