İnanılmaz vergilərin sayına görə liderlik Tibetə məxsusdur. 20-ci əsrin əvvəllərində bu ölkədə dövlətin xeyrinə olaraq 1892 növ vergi yığılırdı. 19-20-ci əsrlər ərzində tibetlilər dövlət tərəfindən inanılmaz, məntiqsiz vergiləri ödəməyə məcbur edilirdilər.
Tibetlilər toy etmək, uşaqların doğulması, mahnı oxumaq, rəqs etmək, zəng çalmaq və barabanda ifa etmək üçün vergi ödəməli idilər. Hətta yorğun səyahətçi otların üzərində uzanıb dincəlmək üçün belə torpaq sahibinə vergi ödəməli idi. 4 iyun 1926-cı ildə isə Tibetdə Dalay Lama tərəfindən qulağa görə vergi öhdəliyi təyin edildi.
Bu zaman ölkə ordu təşkil edirdi və təcili olaraq pul lazım idi. Həmçinin bütün adi vergilər mövcud idi. Etiraf etmək lazımdır ki, heç bir tibetli vergi ödəməmək üçün qulağını kəsmədi. Hər kəs bir nəfər kimi vergini ödədi. Bunun nəticəsində də orduya gərəkli olan məbləğ bir il ərzində yığılmışdı.