Vergilər Nazirliyi tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri zamanı Gəncə şəhər sakini, İlqar Abdullayevin fəaliyyət göstərdiyi Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ev 510A ünvanda yerləşən çayxanada qanunla müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkil olunduğu aşkarlanıb.
Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinin qərarı ilə İlqar Abdullayevin fəaliyyət göstərdiyi çayxanada və yaşadığı ünvanda yerləşən mənzilində qanunsuz idman mərc oyunlarının təşkilində istifadə edilən 8 ədəd notebook, xarici internet saytlardan əldə edilmiş və kağızda çap olunmuş idman mərc oyunlarının siyahısı, həmin oyunlara qoyulan proqnozlara görə verilən əmsallar barədə qeydlər aşkarlanaraq götürülüb.
İ.Abdullayev haqda Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə başlanmış cinayət işi başlanıb.
21 noyabr 2016-cı il tarixdə İ.Abdullayevə CM-nin 192-1.3.2-ci maddəsilə ittiham elan edimiş və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa Departamentin İstintaq idarəsi tərəfindən Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, Rüstəmov Mehman Yavər oğluna məxsus bağ evində axtarış götürmə istintaq hərəkəti apararaq qanunsuz idman mərc oyunlarının təşkilində istifadə edilmiş 5 ədəd faks aparatı, 18 ədəd prosessor, 1 ədəd yaddaş kartı, 8 ədəd printer, 8 ədəd qumar masası, domino daşları, kartlar aşkar edilərək götürülüb.
Mehman Rüstəmov haqda Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə cinayət işi başlanıb.
Ona Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə ittiham elan edilib və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.