26 C
Baku
Wednesday, April 24, 2024

“Qurd” ləqəbli repçiyə Bakı Nəqliyyat Agentliyində vəzifə verildi

Bakı Nəqliyyat Agentliyi (BNA) tanınmış reperə vəzifə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Agentliyin Mətbuat katibi Mais Ağayev açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, Fərid Eminov Bakı Nəqliyyat Agentliyində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə baş mühəndis vəzifəsində çalışır:

“Hər bir əməkdaş kimi Fərid bəylə də işə qəbul zamanı müvafiq müsahibə aparılıb. Onun çalışdığı sahə üzrə bilik və bacarıqları müvafiq qaydada yoxlanılıb”.

Qeyd edək ki, fəaliyyətinə “Dəyirman” qrupunda başlayan F.Eminov “Rəqs edir hər kəs”, “Tapın Onu” , “Tək-tək” , ”Apar məni”, “Tar”, “Babat-babat”, “Bana-Bana” mahnıları ilə tanınıb. O, “qurd” ləqəbi daşıyır.

MənbəModern.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər