10 C
Baku
Wednesday, December 11, 2024

Qusarda istirahət mərkəzi cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il martın 3-də ölkə üzrə 357 ictimai iaşə obyektində 636 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., Cavanşir Qəhrəmanov küç., ev 5 ünvanında yerləşən, hüquqi şəxs “Bos Turk” MMC-yə məxsus kafe;

2. Bakı şəhəri, Səbail rayonu, Nizami küç., ev 96 ünvanında yerləşən, fiziki şəxs Həbibov Ələkbər Hikmət oğluna məxsus restoran;

3. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küç., ev 184a ünvanında yerləşən, fiziki şəxs Əhmədli Pünhan Mübariz oğluna məxsus kafe;

4. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Sakit Qocayev küçəsində yerləşən, fiziki şəxs Sadıqova Mehparə Nemət qızına məxsus kafe;

5. Bakı şəhəri, Səbail rayonu, Nizami küç., ev 90A ünvanında yerləşən, hüquqi şəxs “Libra” MMC-yə məxsus mehmanxanın tərkibində fəaliyyət göstərən restoran;

6. Şirvan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs İsmayılov Fikrət Əliqulu oğluna məxsus restoran;

7. Salyan rayonu, B. Talıblı küç., ev 7D ünvanında yerləşən, fiziki şəxs Cəfərov Toğrul Mahir oğluna məxsus yeməkxana;

8. Gəncə şəhəri, Ş. İ. Xətai küç., ev 143 ünvanında yerləşən, fiziki şəxs İsmayılova Elnurə Asim qızına məxsus dönərxana;

9. Ucar rayonu, Oğuz küçəsində yerləşən, fiziki şəxs Kərimov Cavid Nəcəf oğluna məxsus kafe;

10. Şəmkir rayonu, H. Əliyev küçəsində yerləşən, fiziki şəxs Rzayev Vüqar Rəşid oğluna məxsus kafe;

11. Qusar rayonu, Qayakənd kəndində yerləşən, fiziki şəxs Babayev Rəşid Mirzəpaşa oğluna məxsus “Starıy Dvor” İstirahət Mərkəzi;

12. Qusar rayonu, Yeni Yaşayış Massivində yerləşən, fiziki şəxs Ağabalayeva Anelya Abdul qızına məxsus kafe;

13. Qusar rayonu, H. Əliyev küç., ev 198 ünvanında yerləşən, fiziki şəxs Orucov Farid Oruc oğluna məxsus otelin tərkibində fəaliyyət göstərən restoran.

Son xəbərlər
Digər xəbərlər