11 C
Baku
Sunday, November 17, 2024

Quterreş: “Bir çox şəhərlər bərpa olunan enerji mənbələrinə keçir”

BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Şəhərlər Gününə həsr olunmuş müraciətində dünyanın bir çox şəhərlərinin bərpa olunan enerji mənbələrinə keçdiyini və iqlimə davamlı infrastruktur yaratmağa çalışdığını bəyan edib.

O, bu barədə tviter səhifəsində yazıb.

Paylaşımda deyilir: “Bir çox şəhərlər artıq bərpa olunan enerji mənbələrinə keçid edir, zərərli maddələrin sıfır emissiya hədəfləri müəyyən edir və iqlim dəyişikliklərinə davamlı infrastruktur qurur. Şəhərlərin dayanıqlı dünya qurmaq üçün lokal səviyyədə gördüyü tədbirlər qlobal miqyasda əöz əksini tapacaq”.

Xatırladaq ki, hər il oktyabın 31-i Ümumdünya Şəhərlər Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini qlobal urbanizasiya problemlərinə və şəhərlərin davamlı inkişafının vacibliyinə cəlb etməkdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər