13 C
Baku
Saturday, May 4, 2024

Quterreş Lavrov, Ərdoğan və Zelenski ilə taxıl müqaviləsini müzakirə edəcək

BMT-nin baş katibi Antonio Quterreş Rusiya xarici işlər naziri Sergey Lavrov, Ukrayna lideri Volodimir Zelenski eləcə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla taxıl sazişinin gələcəyini müzakirə etmək üçün BMT Baş Assambleyasının yüksək səviyyəli sessiyasını keçirməyi planlaşdırdığını açıqlayıb.

Bu barədə o, mətbuat konfransında bildirib .

“Gələn həftə mən prezident Zelenskini, Ərdoğanı, nazir Lavrovu qəbul edəcəyəm və bu məsələ müzakirə masasında olacaq” deyə o, bidirib.

Ötən gün Türkiyənin Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik deyib ki, taxıl müqaviləsi Moskva və Kiyevin iştirakı ilə BMT-nin himayəsi altında davam etdirilməlidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər