BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanın Ukraynanın Vinnitsa şəhərinə raket hücumunu pisləyib.
Bu barədə Baş katibin sözçüsü Fərhan Haq bəyanat yayıb:
“Baş katib Ukraynanın mərkəzində yerləşən Vinnitsa şəhərinə raket zərbəsi nəticəsində üçü uşaq olmaqla 23 nəfərin ölümünə və 100-dən çox insanın yaralanması xəbərindən olduqca təsirlənib. Həmçinin o, mülki əhaliyə və ya mülki infrastruktura qarşı bütün hücumları qınayır və bu cür pozuntulara görə cavabdehliyə çağırışını təkrarlayır”.
Qeyd edək ki, iyulun 14-də Rusiya Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirib. Hadisə zamanı 23 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Baş vermiş hadisə ilə əlaqədar Vinnitsa şəhərində iyulun 15-i matəm günü elan edilib.