İstanbulda taxılla bağlı razılaşmaların əldə olunması nəticəsində dünya ərzaq bazarları sabitləşməyə başlayıb, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının qiymət indeksi iyul ayından bu yana 9% azalıb.
BMT-nin baş katibi Antonio Quterreş bu barədə Lvovda Ukrayna prezidenti Volodimir Zelenski və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Artıq qlobal ərzaq bazarının stabilləşməyə başladığının əlamətləri var. Müqavilələrin imzalanmasından sonra buğdanın qiyməti 8% aşağı düşüb. Ərzaq məhsullarının əksəriyyətinin qiymətləri müharibədən əvvəlki səviyyəyə düşdü”.
BMT-nin baş katibi tərəfləri taxıl sazişinin icrasını davam etdirməyə çağırıb.