BMT-nin Baş katibi Antonio Quterreş bütün tərəflərin razılığı olarsa, Ukraynadakı münaqişədə vasitəçilik etməyə hazırdır.
Bu barədə Quterreşin ofisindən Ukrayna XİN-in başçısı Dmitri Kulebanın təşkilatın Baş katibinin vasitəçi qismində mümkün iştirakı ilə fevralın sonunadək BMT-də “sülh sammiti” keçirmək təşəbbüsünü şərh edərkən bildirilib.
Qeyd edilib ki, Baş katibin əvvəllər dəfələrlə bəyan etdiyi kimi, o, yalnız bütün tərəflər onun vasitəçilik etməsinə razılıq verəcəyi təqdirdə bunu edə bilər.