BMT Baş katibi Antonio Quterreş Zaporejye Atom Elektrik Stansiyasındakı (AES) durumla bağlı çağırış edib.
O, bu barədə tviter səhifəsində yazıb.
“Zaporejye AES və onun ətrafındakı vəziyyətlə bağlı ciddi narahatlığım davam edir. Vəziyyətin daha da gərginləşməsi ciddi nəticələrə səbəb ola bilər”, – Baş katib bildirib.
Quterreş qeyd edib ki, BMT Kiyevdə zavoddakı missiyanın fəaliyyətinə dəstək verməyə hazırdır.