7 C
Baku
Sunday, January 12, 2025

Quttereş “taxıl sazişi” üzrə yeni koordinator təyin edib

Qara dəniz “taxıl sazişi”nin yeni kordinatoru məlum olub.

Bu barədə BMT-nin saytında dərc edilmiş məlumatda deyilir.

Təşkilatın baş katibi Antonio Quterreş bu vəzifəyə Küveyt Silahlı Qüvvələrinin (AF) keçmiş vitse-admiralı Abdulla Əbdül Səməd Dəşti təyin edib.

O, İstanbuldakı Xüsusi Koordinasiya Mərkəzində daimi əlaqələndiricisi olacaq.

Təqaüddə olan küveytli hərbçi bu vəzifədə sudanlı Əmir Mahmud Abdullanı əvəz edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər