“AT-GEOTECH” Məhdud Məsuliyyətli Cəmiyyət səhm bazarına “qapalı” şəkildə girəcək.
Banker.az xəbər verir ki, bu barədə şirkətin elan etdiyi məlumatda deyilir.
Məlumata əsasən, 9 yaşlı şirkət bundan sonra təşkilati-hüquqi forması dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edib.
“AT-GEOTECH”in nizamnamə kapitalı qanunvericilikdə tələb olunan minimal məbləğ – 2 000 manata qaldırılıb.
Xatırladaq ki, şirkət 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət su quyularının qazıntısı və istisimarı üzrə xidmətlər həyata keçirir.