28 C
Baku
Saturday, July 27, 2024

Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə yeni proqram qəbul oluna bilər

“Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə yeni proqramın qəbuluna çalışmalıyıq”.

Bunu Bakıda keçirilən “Visa Cashless Forum”unda çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

O bildirib ki, “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” bu il başa çatır: “Bu proqramın davam etdirilməsinə ehtiyac var. Bütövlükdə, bu, dövlət strukturlarının sözügedən sahə ilə əlaqədar fəaliyyətinin tənzimlənməsini təmin edən mükəmməl sənəddir. Qarşıda böyük işlər olduğu üçün sənədi qarşıdakı dövr üçün yenidən işləməli, proqramın fəaliyyət dairəsini genişləndirilməliyik. 3-5 illik yeni proqram qəbuluna çalışmalıyıq”.

©APA

Son xəbərlər
Digər xəbərlər