18 C
Baku
Şənbə, Sentyabr 25, 2021

Rəsmi – “Akkord”un şirkətinin dövlətə 2 milyona yaxın vergi borcu var

Screen Shot 2021 09 02 at 14.34.20

“Akkord”un törəmə şirkətlərindən birinin dövlətə 2 mln. manatadək vergi borcu olduğunu və aralarında məhkəmə prosesinin başlandığı məlum olub.

Banker.az xəbər verir ki, tam hüquqi adı ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Akkord Hydrotechnıcal Constructıon Company” MMC-nin dövlət qarşısında (4 avqust 2021-ci il tarixinə) 1 718 510 manat həcmində vergi borcu olduğu məlum olub.

Bildirək ki, 5 avqust tarixinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Akkord Hydrotechnıcal Constructıon Company” MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Məhkəməyə Ülkər Həsənova hakim təyin edilib. İddiada hansı səbəbdən bu mübahisənin baş verdiyi tam açıqlanmır.

Rəsmi saytında qeyd edilir ki,  “Akkord Hidrotechnical Construction Company”  2010-cu ildən başlayaraq respublikamızın 5 rayonunda “Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində tikinti – quraşdırma işlərini həyata keçirib.

Şirkət dövlət qeydiyyatına isə 2015-ci ildə dövlət qeydiyyatına alınıb. 1 274 541 manat nizamnamə kapitalına sahibdir.

 

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər