Azərbaycanda iqtisadi fәaliyyәt növlәri üzrә 2021-ci ilin son ayında tam işlәmiş işçilәrә hesablanmış әmәkhaqqının ölçülәrinә görә bölgüsü açıqlanıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda aylıq olaraq 1 700 manat üzərində əmək haqqı alan işçilər ümumi işçilərin 5%-ni təşkil edir.
Bu öncəki ildə 4.5% təşkil edirdi.
Ölkədə çalışanların ən böyük hissəsi, yəni 21.3%-i 250-300 manat əməkhaqqı alırlar.
Orta maaş sayılan 701-800 manatlıq aylıq əməkhaqqını isə əhalinin 4.9% alır.
2020-ci ildə ölkədə işçilərin 12.1%-i 1000 manat üzərində əməkhaqqı aldığı halda, cari ildə bu rəqəm 13.8% təşkil edir. Aylıq 1000 manatdan aşağı əməkhaqqı alan əhalinin payı isə 2020-ci ildə 87.9%, 2021-ci ildə isə 86.2% təşkil edib.
| İşçilərin əməkhaqlarının həcminə görə bölgüsü %-lə | ||
| Əmək haqları | 2020 | 2021 |
| 250 manatdan aşağı | 3.2 | 2.5 |
| 250-300 | 23.3 | 21.1 |
| 301-350 | 10.4 | 10.1 |
| 351-400 | 8.9 | 8.9 |
| 401-450 | 7.8 | 7.9 |
| 451-500 | 7.7 | 7.2 |
| 501-600 | 9.1 | 9.7 |
| 601-700 | 6.2 | 6.8 |
| 701-800 | 4.9 | 5.2 |
| 801-900 | 3.7 | 3.9 |
| 901-1000 | 2.7 | 2.9 |
| 1001-1100 | 1.8 | 2.0 |
| 1101-1200 | 1.6 | 1.8 |
| 1201-1300 | 1.2 | 1.2 |
| 1301-1400 | 0.9 | 1.1 |
| 1401-1500 | 0.7 | 0.9 |
| 1501-1600 | 0.6 | 0.8 |
| 1601-1700 | 0.8 | 1.0 |
| 1701 manat vә yuxarı | 4.5 | 5.0 |
| Mənbə: DSK | ||









