15 C
Baku
Saturday, April 20, 2024

“Rəvan Sığorta”nın nizamnaməsində dəyişiklik ediləcək

Noyabrın 5-də, saat 11:00-da “Rəvan Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Yığıncaq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 40 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Rəvan Sığorta”nın nizamnaməsinə dəyişiklik edilməsi, şirkətin Direktorlar Şurasının üzvü Famil Nofəl oğlu Nəsibovun səlahiyyət müddətinin daha 3 il uzadılması məsələləri daxildir.

Xatırladaq ki, “Rəvan Sığorta” 1998-ci ildə “Double Insurance Company” kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını “Star Alyans Sığorta”ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Şirkətin səhmlərinin 49,1%-i “Nurgun Group of Companies”ə, 42,36%-i “Nurgun Motors” MMC-yə, 8,54%-i isə “NBC Bank”a məxsusdur.

Son xəbərlər
Digər xəbərlər