9 C
Baku
Friday, December 13, 2024

Rəhbərliyində gözlənilən dəyişikliyin mahiyyəti açıqlanıb

“Kapital Bank” ASC-nin səhmdarlarının noyabrın 8-də keçirəcək növbədənkənar ümumi yığıncağında bankın Audit Komitəsinə ediləcək dəyişikliyin mahiyyəti açıqlanıb.

Banker.az bildirir ki, bu barədə Reporta maliyyə bazarındakı mənbə bildirib.

Onun sözlərinə görə, komitənin üzvü Murad Əhmədovu Ramil Heydərovun əvəz edəcəyi gözlənilir. Yeni üzv həm də “Kapital Bank”la birlikdə “PAŞA Holdinq” MMC-də təmsil olunan “PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsinin Audit Komitəsinin üzvüdür.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 205,85 mln. manatdır. Bankın səhmlərinin 99,86%-i daxil olduğu holdinqə, 0,14%-i isə 190 fiziki şəxsə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər