22 C
Baku
Sunday, April 28, 2024

Rəis müavini: “Vergidən yayınmanın ağır cəzası olmalıdır”

Vergi ödəyicilərinin könüllü vergi ödəməsi elektronlaşma hesabınadır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, könüllülük bu gün var, vergi orqanı çəkişmə prosesinə getmir: “Hədəf könüllü əməletmənin təmin edilməsidir. Amma vergidən yayınmanın ağır cəzası mövcud olmalıdır. Bu, bütün dünyada belədir. Şəffaflaşmanın müxtəlif göstəriciləri var. Vergi yoxlamalarının sayının azalması fonunda vergi əməkdaşlarının sayı azalmır. Çünki vergi orqanlarına bir çox başqa sahələr də verilib. Əmək bazarında şəffaflaşmanın təmin edilməsi də vergi orqanlarının səlahiyyətinə verilib. Son 5 ildə vergi yoxlamaları azalıb, aktiv vergi ödəyicilərinin sayında 1.7% artım olub”.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər