-1 C
Baku
Sunday, December 15, 2024

Rəisi: “Baydenlə görüşməyin İrana heç bir faydası yoxdur”

İran Prezidenti İbrahim Rəisi Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı ABŞ lideri Co Baydenlə hər hansı görüşü istisna edib və bunu “faydasız” adlandırıb.

O, bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Mən əvvəllər də buna “yox” cavabını vemişəm və bir daha təkrar edirəm və bildirirəm ki, bizim aramızda görüşməyin heç bir faydası yoxdur”, Rəisi deyib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi ABŞ-ın Nyu-York şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının iclasında iştirak edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər