6 C
Baku
Sunday, December 15, 2024

Rəisi İlham Əliyevi İrana rəsmi səfərə dəvət etdi

İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi regionda səmərəli əməkdaşlığa səbəb olacaq.

Bu sözləri İranın Prezidenti İbrahim Rəisi mətbuat nümayəndələrinə açıqlamasında deyib. Prezident bildirib ki, İran-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsi üçün heç bir maneə yoxdur. Bu əlaqələr iqtisadi artım və siyasi sabitliyin əsasını təşkil edir. Əlaqələrin bütün sahələr üzrə inkişaf etməsi xalqların da yaxınlaşmasında mühüm rol oynayacaq.

Prezident İbrahim Rəisi nəzərə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevi İrana rəsmi səfərə dəvət edib. Səfərin reallaşacağı təqdirdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafında sıçrayış müşahidə edəcəyik.

İran Prezidenti bütün sahələr üzrə əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu və bu potensialdan səmərəli istifadə edilməsinin zəruriliyini də diqqətə çatdırıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər