12 C
Baku
Wednesday, December 11, 2024

Rəqəmsal cüzdan – pulları idarə etmək üçün yeni üsul

Yeni Zellandiyada uşaqlara maliyyəni öyrətmək məqsədilə yeni üsul kəşf etmişlər. Ölkənin nəhəng maliyyə təşkilatı olan ASB Bank-ın bankirləri rəqəmsal texnologiyaların gündəmdə olduğu bir vaxtda adi pul toplamaq üçün nəzərdə tutulmuş oyuncaqları əvəz edən gadget yaratmışlar.

Fil formasında olan cihaz mesajların əks etdirilməsi üçün ekrana sahibdir. Gadget oyun formasında uşaqlara öz xərclərinə nəzarət etmək imkanı yaradır. Virtual cüzdan (kassa) Bluetooth vasitəsilə ASB bankın mobil cüzdanı ilə əlaqələndirilib.

ASB_CleverKash15

Valideynlər öz smartfonlarından istifadə edərək bu cüzdana virtual pullar köçürə bilərlər. “fil”-in mini ekranında isə məbləğ, onun köçürülmə səbəbi və hesabın balansı göstərilir.

Yeni Zellandiya nağdsız cəmiyyət olmağa doğru gedir. Artıq valideynlər övladlarına kağız pullarla necə davranmalı olduqlarını izah edə bilmirlər, çünki özləri nadir hallarda onlardan istifadə edirlər. Virtual kassa sayəsində isə uşaqlar hesablarındakı məbləğin sayına daha rahat nəzarət edə və xərcləri qruplaşdıra biləcəklər.

Son xəbərlər
Digər xəbərlər