16 C
Baku
Wednesday, November 19, 2025

Rəqəmsal iqtisadiyyat və innovasiya fondunun yaradılması təklif olunub

Rəqəmsal iqtisadiyyat və innovasiya fondunun yaradılması təklif olunub.

Belə təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Mirkişili çıxış edib.

Deputat hesab edir ki, elm və rəqəmsallaşma sahələri üçün dövlət və özəl kapitalın birgə “Texnoİnnovasiya Fondu” yaratması startap ekosisteminə və universitet tədqiqatlarına birbaşa maliyyə dəstəyinin verilməsi imkanlarını xeyli artıra bilər: “Prezident İlham Əliyevin Elmlər Akademiyasında çıxışı zamanı elm və texnologiyalar üçün müəyyən etdiyi hədəflərin maliyyə imkanlarının yaradılmasına da bu addım həmçinin, xeyli faydall ola bilər”.

Tahir Mirkişili qeyri-neft gəlirlərinin artırılması üçün məhsuldarlığa əsaslanan vergi siyasətinin həyata keçirilməsini də vacib sayıb: “ƏDV və mənfəət vergisində güzəştlərin əsasən məhsuldarlıq, ixrac və məşğulluq göstəricilərinə bağlı olması daha faydalı ola bilər. Güzəşt alan müəssisələrin illik “performans hesabatı” təqdim etməsi bu güzəştlərin qiymətləndirilməsində əvəzziz rol oynaya bilər. Nümunə üçün deyim ki, Nazirlər Kabinetinin daxili istehsalda istifadə edilən 272 adda xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının 2024-cü il 1 yanvar tarixindən 7 il müddətinə “0” dərəcəyə endirilməsi haqqında qərarı ixraca öz müsbət nəticələrini verməyə başlayıb. Düşünürəm ki, hər 3 ildən bir “Güzəşt Effektivliyi Sənədi”nin tərtib olunması, müəyyən edilmiş səmərəsiz güzəştlərin mərhələli şəkildə ləğv edilməsi şəffaflığın artırılması və vergi bazasının genişləndirilməsi baxımından xeyli faydalı ola bilər”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər