14 C
Baku
Tuesday, November 19, 2024

Rəqəmsal stres: mərkəzi banklar kağız puldan imtina etsə, nə baş verəcək?

Bu gün dövriyyədə olan pulların 97%-dən çoxu bank hesablarındadır, yəni rəqəmsal kod şəklindədir. Kart əməliyyatlarının rəqəmsallaşması və bank tətbiqlərinin ortaya çıxması nağd pulla həyata keçirməyə öyrəşdiyimiz bir çox əməliyyatların da rəqəmsallaşmasına gətirib çıxarıb.

Hələki bu rəqəmsallaşma, xüsusən də Qərbdə banklara o qədər də ağır zərbə vurmayıb: PayPal kimi yeni oyunçular hələ də müştərilərdən hesablarına bank kartını bağlamağı tələb edir. Dünyada bir neçə tam rəqəmsal bank yaransa da (məsələn, ChimeNubank), onlar hələ də köhnə qaydalara uyğun fəaliyyət göstərir. Digər tərəfdən, Çində maliyyə sektoru, məsələn, Alibaba-nın Ant FinancialTencent-in WeBank kimi proqramları daha ciddi streslə üzləşir.

Bununla belə, tezliklə hər şey dəyişə bilər.

Daha radikal islahatlara təkan Çindən gəlir. Çin Mərkəzi Bankı yeni pul forması – CBDC ilə təcrübə aparır. İdeyaya görə o, gələcəyin valyutasına çevrilməli və kağız pullara ehtiyacı tamamilə aradan qaldırmalıdır.

CBDC dünyasında hər bir virtual valyuta vahidi rəqəmsal cüzdanlarda rəqəmsal kod kimi saxlanılacaq. Pul kisəsinin sahibi digər insanlara asanlıqla pul göndərə biləcək – məsələn, fintex-startaplarından və texnoloji nəhənglərdən (Venmo, ApplePay), eləcə də ənənəvi banklardan (Zelle – altı bankın birgə layihəsi). Çində dörd dövlət bankı və üç telekommunikasiya şirkəti bu xidmətlər üçün lisenziya alacaq və pul kisələrinin distributoruna çevriləcək. İstifadəçilər mağazalarda ödəniş etmək və ya bir-birinə pul köçürmək üçün barkodları skan edə biləcəklər. Çin Mərkəzi Bankı vaxtaşırı müştəri əməliyyatları haqqında məlumatın sürətini alacaq və onu qismən mərkəzləşdirilmiş verilənlər bazasında saxlayacaq.

Şenjen, Sucou, Çendu, Sünan və 2022-ci il Qış Olimpiya Oyunlarının ərazisi olan kənd daxil olmaqla doqquz şəhərdə 100 milyonluq rəqəmsal yuan lotereyası keçirilib. 2021-ci ilin sentyabr ayının sonuna qədər pilot layihə artıq 500 milyon əməliyyat və 140 milyon istifadəçi qeydə alıb. Elektron yuanın tam istifadəyə verilməsi 2022-ci ilin fevralında Olimpiada zamanı planlaşdırılır. Əgər Çin xaricdəki monetar qurumlarla müvafiq ikitərəfli müqavilələr bağlasa, turistlər və Çinə gələn bütün digər qonaqlar telefonlarına elektron pul kisəsi quraşdıra biləcəklər.

ÇXR onlayn tranzaksiyaların 94%-nin (16 trilyon dollar) həyata keçirildiyi Alipay WeChat-dan asılılığı azaltmaq üçün öz rəqəmsal valyutasını yaradır. Bununla yanaşı, CBDC bitkoin və digər müstəqil rəqəmsal valyutalarla bağlı riskləri azaltmağa kömək edir: onlar iqtisadiyyat üzərində hökumət nəzarətini çətinləşdirir, bu isə Çin hakimiyyətinin maraq dairəsindən çıxır.

Qeyd edək ki, Çin rəqəmsal valyuta üzərində işləyən yeganə ölkə deyil: İsveç, Sinqapur, Cənubi Koreya və daha 10 dövlət bu sahədə artıq sınaqlara başlayıb. Çox güman ki, ABŞ da onlardan nümunə götürəcək: Boston Federal Ehtiyat Bankı və MIT öz CBDC-ni hazırlayıblar. ABŞ, yəqin ki, Çindən geri qalmaq istəmir və rəqəmsal yuanın yeni ehtiyac valyutasına çevrilib ABŞ dollarını əvəz edəcəyindən ehtiyat edir.

Ölkələrin yaratdığı rəqəmsal valyutalar blokçeyn (bitkoinin qurulduğu texnologiya) üzərində işləyir. Blokçeynlər pulun saxlanmasını və təhlükəsiz köçürülməsini demərkəzləşdirir. Hələki onlar çox ləng işləyir və irimiqyaslı tapşırıqlar üçün uyğun görülmür, lakin buna baxmayaraq, bu texnologiyanın növbəti üç-beş il ərzində təkamül edəcəyi və məhdudiyyətləri aşacağı gözlənilir. Beləliklə, nə vaxtsa mövcud rəqəmsal infrastruktur dəyişdiriləcək və yeni oyunçuların köhnə maliyyə institutları tərəfindən idarə olunan resurs və alətlərə ehtiyacı qalmayacaq.

CBDC bankları necə dəyişdirəcək?

Ənənəvi bankçılıq modelinin təxminən 200 yaşı var. Bu model belə qurulub: insanlar və ya təşkilatlar pul (sərmayədən gələn qazanc və ya əməkhaqqı şəklində) alaraq onu bank hesabına qoyurlar, banklar isə ondan kredit vermək üçün istifadə edirlər. Bir qayda olaraq, banklar əmanətçilərə ödədikləri faizlə (əsasən qısamüddətli) biznes kreditləri və ya ekvivalent qiymətli kağızlara investisiyalar (məsələn, korporativ və ya dövlət istiqrazları) üzrə aldıqları (əsasən uzunmüddətli) faiz arasındakı fərqdən pul qazanırlar.

Nəzərdə tutulur ki, banklar əmanətlərin ümumi məbləğini aşmayan kredit verməlidirlər, lakin buna baxmayaraq, qayda çox vaxt pozulur. Bank kiməsə kredit verəndə, adətən borcalan aldığı məbləği bankdakı hesabına qoyur, bu məbləği yeni depozit kimi qeyd edir və və bank onları yenidən borc verir. Beləliklə, bu proses dəfələrlə təkrarlanır. Buna görə də ABŞ bankları 16 trilyon dollar depozit saxlayır, 50 trilyon dolları isə birbaşa kreditlər və istiqrazlar üçün ayırır. Bu effekt iqtisadiyyatın böyüməsinə kömək etsə də, pul riskli kredit halına gəlir. Bir çox kreditlər ödənilməmiş qalır: normal halda “problemli” kreditlərin məbləği ildə 200 milyard dollar, böhran dövründə isə bəzən üç qat çox olur. Və 2008-ci il böhranının göstərdiyi kimi, ödənilməmiş kreditlər üzrə itkilər sadə vətəndaşların üzərinə düşür.

Ümumiyyətlə, bank işi bir sıra risklərlə əlaqəlidir. Borcalanlar krediti ödəyə bilmirlər, qısamüddətli faiz dərəcələri uzunmüddətli faizlərdən yüksək ola və əmanətçilərin bankın hazırda malik olduğu ehtiyatdan daha çox pula ehtiyacı yarana bilər. Qeyd edək ki, bununla yanaşı, bankların riskləri yumşaltmaq tədbirləri var: kapital, dövlət dəstəyi (adətən mərkəzi bank tərəfindən) və pərakəndə əmanətlərin sığortalanması planları.

CBDC ilə adi rəqəmsal valyuta arasındakı fərq ondan ibarətdir ki, CBDC-nin hər bir vahidinin unikal dəyişməz rəqəmsal identifikatoru var. Bundan əlavə, onlara mərkəzi bank cavabdeh olur. Bu onun rəqəmsal puldan əsas fərqidir. Məhz bu fərq CBDC-lərin ənənəvi bank sistemində nə üçün inqilab edə biləcəyini izah edir.

CBDC-yə əsaslanan bank modelinin əsas amillərini nəzərdən keçirək.

Əmanətlərin kütləvi şəkildə geri götürülməsi olmayacaq

Mahiyyətcə nağd pullar – mərkəzi bank tərəfindən buraxılan və daşıyıcının istənilən vaxt xərcləyə biləcəyi (və ya yastıq altına qoyacağı) təqsim etmə kağızıdır. Müasir rəqəmsal valyutalar kommersiya banklarının buraxdığı rəqəmsal kodun konversiyasına əsaslanır ki, bu da öz növbəsində kredit təşkilatının tələb olunan miqdarda kağız pula malik olub-olmamasından asılıdır. Kommersiya bankları tərəfindən buraxılan rəqəmsal valyutaları dəyərli və etibarlı edən onların fiat pulla əlaqəli olmasıdır.

Lakin CBDC fiat pul kimi mərkəzi bankın birbaşa öhdəliyidir. Buna görə də, CBDC-lər kommersiya bankları tərəfindən buraxılan pullardan daha təhlükəsiz rəqəmsal valyuta formasıdır. Təsəvvür edin ki, hər bir vətəndaş birbaşa mərkəzi bankda hesab açacaq. Bu hesaba onun əməkhaqqı və ya investisiya gəliri yatırılacaq, mərkəzi bank öz mülahizəsinə uyğun olaraq ona faizlər ödəyə biləcək. Adi əmanətdən və ya kommersiya bankındakı cari hesabdan fərqli olaraq, burada əmanətçi heç bir risk daşımayacaq. Mərkəzi bank – mahiyyət etibarı ilə suveren kreditdir və bankın ehtiyat fondu və kapitalı ilə deyil, hökumətin vergi toplamaq hüququ ilə dəstəklənir. Mərkəzi bank əmanətlərin kütləvi şəkildə çıxarılmasından təsirlənə bilməz, bu isə o deməkdir ki, onun əmanətçiləri sığorta proqramları ilə müdafiə etməsinə ehtiyac qalmayacaq. Bütövlükdə bank sistemi səviyyəsində likvidlik riski (və kredit riski) təkcə hər bir bankın əmanətçilərinə deyil, ölkənin bütün əhalisinə paylanacaq.

Özəl banklarda kağız pul və bank depozitləri olmayacaq

Əgər mərkəzi banklar maliyyə əməliyyatlarında yeganə vasitəçiyə çevrilsələr, adi banklar artıq fiziki və hüquqi şəxslərin əmanətləri uğrunda rəqabət aparmayacaqlar. Bunun yerinə onlar öz kredit fəaliyyətlərini müəyyənləşdirmək üçün mərkəzi bankdan borc götürəcəklər. Beləliklə, mərkəzi bank “son instansiya kreditoru”ndan birinci instansiya kreditoruna çevriləcək. Əgər maliyyələşdirmə hamı üçün təmin olunsa, banklar arasında rəqabət yaxşı kreditləri müəyyən etmək, qiymətləndirmək, eləcə də qısamüddətli və uzunmüddətli faiz dərəcələrini effektiv şəkildə tarazaşdırmaq qabiliyyətindən ibarət olacaq. Bankların marjası azalacaq və bu, əlavə dəyər yaratmağa çalışan borcalanlara fayda verəcəkdir. Müştərilərin depozitləri uğrunda rəqabət ən innovativ və rahat həll yolu ilə elektron pul kisəsi distribyutoru olmaq hüququ uğrunda rəqabətlə əvəz olunacaq.

Bundan əlavə, CBDC-lər fintex-startaplarının bazara daxil olmasını asanlaşdıracaq: maliyyə sektoruna daxil olmaq üçün onlara etibarlılıq, filiallar şəbəkəsinin ölçüsü və kağız pulların buraxılması üçün bankomatların sayı kimi göstəricilər lazım olmayacaq. Mərkəzi bank bütün pullarını mühafizəçisi olacaq və insanların rəqəmsal pulları kağız pula çevirməyə ehtiyacı olmayacaq. Beləliklə, kağız pula ehtiyac aradan qalxacaq. İnsanlara kağız pul və ya digər qiymətli kağızları çıxarıb hesaba yatırmaq lazım olmayacaq.

Maliyyə tənzimləyiciləri tərəfindən tənzimləmə və siyasətin tətbiqi asanlaşacaq

CBDC-nin tətbiqindən sonra dünyadakı bütün tranzaksiyalara məlumat analitikası və süni intellekt vasitəsilə nəzarət etmək mümkün olacaq. Hazırda maliyyə tənzimləyiciləri bankların verdiyi hesabatlara etibar etməli olurlar və buna görə də düzəldici tədbirlər çox vaxt gec aparılır və baha başa gəlir. Bundan əlavə, CBDC tətbiq edildikdən sonra klirinq orqanı pul vahidlərinin bütün kodlarını görəcək, nəticədə tranzaksiyaların iştirakçılarını müəyyən etmək daha asan olacaq.

Bu keçid həm də pul siyasətinin həyata keçirilməsini sadələşdirəcək: məsələn, mərkəzi bank öz hesablarına kodlar əlavə və ya ləğv etməkdə pul kütləsinin həcmini dərhal dəyişdirə biləcək. Mərkəzi banklar CBDC hesablarına faiz ödəməklə vətəndaş səviyyəsində pul siyasətini birbaşa həyata keçirəcək. Bu gün pulun kommersiya banklarında saxlandığı zaman dövlət istehlakçıların və biznesin davranışına yalnız dolayı yolla təsir edir – məsələn, mərkəzi bankda bankların ehtiyat hesabları üzrə faiz dərəcələri vasitəsilə.

Sistem daha inklüziv olacaq

CBDC əməliyyatları üçün bank hesabı tələb olunmur. Əhalinin üçdə birinin ümumiyyətlə ənənəvi maliyyə xidmətlərinə çıxışı olmadığı inkişaf etməkdə olan ölkələr üçün bu vacibdir. (Müqayisə üçün deyək ki, ABŞ-da insanların təxminən 5%-nin bank xidmətlərinə çıxışı yoxdur). Beləliklə, bank hesabı olmayan, lakin şəxsi AADHAAR nömrəsi və smartfonu olan bir Hindistan vətəndaşı mobil proqram vasitəsilə asanlıqla əməliyyatlar apara biləcək. Başqa sözlə desək, inkişaf etməkdə olan ölkələr üçün əvvəllər bu sistemdən kənarda qalan insanları öz maliyyə sisteminə inteqrasiya etmək asanlaşacaq.

Bunun nəticəsi nə olacaq?

Bütün bu dəyişikliklər əvvəlki dövrdə qurulmuş ənənəvi sistemə xas olan xərcləri və riskləri aradan qaldıracaq. Nəhəng infrastruktura malik bank və ödəniş sistemi çoxdan yaranıb, bunun üçün bir trilyon dollar büdcə, 85 min filial və 1.2 milyon işçi cəlb olunub. Ödənişlərin və hesabların işlənməsi üçün vacib hesab edilən bu infrastruktur ABŞ banklarına ildə təxminən 1 trilyon dollara başa gəlir.

Lakin CBDC-nin tətbiqi ilə bu 600 milyard dollar pul itkisinə çevrilir. Eyni zamanda köhnə sistem təkcə fiziki infrastrukturu israf etmir, həm də əməliyyatları ləngdir. Ödənişlərin həyata keçirilməsi bəzən bir və ya üç gün çəkir. Beynəlxalq köçürmələr üzrə komissiya isə həddindən artıq yüksək olur: əmək miqrantları kommersiya bankı vasitəsilə evlərinə bir neçə yüz dollar göndərmək üçün 50 dollar əlavə ödəniş etməyə məcburdurlar. Ani köçürmələr sayəsində pul dövriyyəsi sürətlənəcək ki, bu da qısamüddətli kreditlərə ehtiyacı aradan qaldıracaq və borcun ümumi səviyyəsini 25%, yəni 13 trilyon dollar azaldacaq. Kreditlərin ümumi sayının azalması və problemli kreditlərin payının enməsi sayəsində ümumi kredit defoltlarının 200 milyard dollardan 50 milyard dollara düşə biləcəyi təxmin edilir.

Beləliklə, CBDC əsasında qurulmuş bank sistemi ABŞ iqtisadiyyatına ildə təxminən 750 milyard dollar qənaət edəcək – bu, bütün Amerika ailələrinin yeməyə xərclədiyi məbləğə bərabərdir.

Sualtı daşlar

Əlbəttə ki, CBDC-nin də öz problemləri var, ilk növbədə məxfilik məsələsi. Bir sıra ABŞ qanunvericiləri Çinin öz vətəndaşlarını izləmək üçün rəqəmsal yuandan istifadə edəcəyini iddia edirlər. “Mərkəzi banklar pulların emissiyasına nəzarəti artıracaqlar və insanların bu pulu necə xərclədiyini görəcəklər. Bu, müştəriləri məxfilikdən məhrum edəcək”, – deyə respublikaçı konqresmen Tom Emmer hesab edir. Onun fikrincə, CBDC sistemi yalnız açıq, əlçatan və özəl olduğu halda faydalıdır.

Digərləri mərkəzi bankların birinci instansiya olacağından narahatdırlar. Əgər dövlət kreditlərə nəzarət etsə, sənaye kreditləşməsi siyasi təzyiqə məruz qala bilər. Hansı bankların mərkəzi bankdan kredit ala biləcəyi ilə bağlı rəsmi qaydalar olacaqmı? Və bu meyarları manipulyasiya etmək nə dərəcədə asan olacaq?

Bəlkə də, əsas narahatlıq təhlükəsizlik, xüsusən də kibertəhlükəsizlik məsələsidir. Ehtimal etmək olar ki, mövcud sistemdə bank çoxdur və onların hər biri öz təhlükəsizliyinə cavabdehdir, ona görə də təhlükəsizlik pozuntuları daha tez-tez baş versə də, lokallaşdırılır. Bu məntiqə görə, mərkəzi bankın “hack” edilməsi bütün sistemin komprometasiyasına gətirib çıxara bilər, baxmayaraq ki, “hack” riski azalacaq, çünki mərkəzi bank dövlətin kibertəhlükəsizlik ekspertlərinin xidmətlərindən istifadə edə biləcək. Beləliklə, müntəzəm və məqbul, eləcə də nadir və fəlakətli təhlükəsizlik pozuntuları arasında seçim yaranır.

Bütün bunlara baxmayaraq, blokçeyn texnologiyasının özü çox təhlükəsizdir. Başqa sözlə desək, mərkəzi bank hər hansı bir kibertəhlükəsizlik pozuntusunun risklərini paylayaraq və mümkün mənfi nəticələri azaldaraq yeni bir sistem tətbiq edə bilər. Bu halda blokçeynin kibertəhlükəsizliyinin gələcəkdə artacağı gözlənilir.

Mənim fikrincə, nağdsız iqtisadiyyata keçid demək olar ki, qaçılmazdır. Bu, bank sisteminə stres yaşadacaq və böyük, təcrübəli oyunçular yüngül, çevik və texnoloji fintex-startaplarla rəqabət aparmalı olacaqlar. Yeni bank modeli kapital bazarında likvidliyi və səmərəliliyi qoruyub saxlamaqla daha çox insana sürətli və keyfiyyətli xidmətlər təklif edəcək. Ümumi risk səviyyəsi azalacaq və məxfilik aşağı düşsə də, fırıldaqçılıq və digər cinayətlərdən qorunma bu itkini kompensasiya edəcək.

Müəllif haqqında

Acay Mukerci (Ajay S. Mookerjee)fintex-sahibkar, Fair Square Financial LLC şirkətinin təsisçisi və müxtəlif ölkələrdə artım aktivlərinə investisiyalarla məşğul olan Warburg Pincus şirkətinin baş məsləhətçisi.

Son xəbərlər
Digər xəbərlər